» » KİV-in işi çətinləşəcək-

KİV-in işi çətinləşəcək- Qanunvericiliyə dəyişiklik edilir

Bölmə: Xəbər
KİV-in işi çətinləşəcək- Azərbaycanda kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması hallarında müvafiq dəyişikliklər ediləcək.

Milli Məclisdən trend-ə verilən məlumata görə, “Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsi (KİV) artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda isə iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.

Sözügedən dəyişikliyin edilməsi barədə qanun layihəsi Milli Məclisə Azərbaycan Prezidenti tərəfindən təqdim edilib.

Layihə dekabrın 16-da MM-in iclasında müzakirəyə çıxarılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler