» » İcra başçısının ev dustaqlığı ləğv edildi –

İcra başçısının ev dustaqlığı ləğv edildi – Özəl

Bölmə: Xəbər, BLOK XƏBƏR
İcra başçısının ev dustaqlığı ləğv edildi –Dərbənd məhkəməsi milliyətcə azərbaycanlı, eks-mer Qurban Qurbanovun ev dustaqlığından azad edilməsi haqqında qərar qəbul edib.

Xalqinfo.az axar.az-a istinadən xəbər verir ki, artıq Q.Qurbanov sərbəst şəkildə şəhərdə hərəkət etmək imkanı qazanıb, lakin şəhəri tərk etməmək haqqında iltizam verib.

Mənbənin sözlərinə görə, Qurban Qurbanovun dekabrın 3-ü üçün nəzərdə tutulan arbitraj məhkəməsi təxirə salınıb. Qeyd olunur ki, bu, Dağıstan Prezidenti Ramazan Abdullatipova sərfəlidir. Belə ki, Qurban Qurbanov məhkəmədə qələbə qazanmağa yaxındır və buna görə də prezident hər dəfə işin təxirə salınması üçün məhkəməyə təzyiq edir. Arbitraj məhkəməsində Qurbanovun qələbə qazanacağı təqdirdə avtomatik olaraq vəzifəsinə geri qayıdacağı da gözlənilir.

Qurban Qurbanov bir müddət öncə Ramazan Abdullatipovun təzyiqi ilə Dərbənd meri vəzifədən vaxtından əvvəl istefaya məcbur edilmişdi. Onun yerinə isə Yəhya Hacıyev gətirilmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler