» » Təhsil Nazirliyində yenilik

Təhsil Nazirliyində yenilik

Bölmə: Xəbər, MANŞET
Təhsil Nazirliyində yenilikYaxın günlərdə Təhsil Nazirliyində Elmi Koordinasiya Şurası yaradılacaq.
trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün elektron hökumət quruculuğuna həsr olunan respublika seminarında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Şura bir çox məsələlərlə məşğul olacaq, ilk növbədə ali təhsil müəssisələrində həyata keçirilən elmi fəaliyyətlərin əlaqələndirilməsini, elmi işlərin dünya elmi məkanına inteqrasiyasını təmin edəcək.
M.Cabbarov qeyd edıb ki, bu gün Azərbaycanda 1765 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə və internetə qoşulub. Yaxın günlərdə Təhsil Nazirliyində elektron dərslik portalının da təqdimatı keçiriləcək. Bu portalda 6-7 siniflər üzrə 20 dərslik yerləşdirilib. Bu ilin sonuna kimi daha 5 dərsliyin portala daxil edilməsi planlaşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler