» » "Azərbaycanda "donuz qripi" virusu var" -

"Azərbaycanda "donuz qripi" virusu var" - RƏSMƏN TƏSDİQLƏNDİ

Bölmə: Xəbər
"Azərbaycanda "donuz qripi" virusu var" -





“Azərbaycanda H1N1 virusu var. Xoşbəxtlikdən ağır xəstəliklərə səbəb olmur. Virus 65 yaş üstü insanlarda, 5 yaşından kiçik uşaqlarda, hamilə qadınlarda, xroniki xəstəlikləri olanlar və səhiyyə işçilərində ağır xəstəliklərə səbəb ola bilir”.

Xalqinfo.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu xəstəlik ilk dəfə 2009-cu ildə yayıldğı zaman onu “donuz qripi” kimi adlandırıblar: "Lakin bunun adı artıq mövsümi qripdir. Amma bu, "donuz qripi" yox, adi mövsümi qripdir. Yəni, bu, virus artıq "donuz qripi" də adlandırılmır. Donuz qripi donuzdan insana, daha sonra insandan insana keçdikcə buna artıq mövsümi qrip deyilir. İlk dəfə 2009-cu ildə dünyada son pandemiya faktı olub. Son pandemiyanı yaradan İnf A(H1N1) olub. Hər il müşahidə edilən mövsümi qripi A/H1N1 və A/H3N2 virusları törədir və indi də mövsümi qrip var".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler