» » "Polat Alemdar"ın boşanmasının səbəbi xəyanət imiş

"Polat Alemdar"ın boşanmasının səbəbi xəyanət imiş

Bölmə: Xəbər
"Polat Alemdar"ın boşanmasının səbəbi xəyanət imiş





Xəbər vermişdik ki, Türkiyənin "Kurtlar Vadisi Pusu" serialının baş rol ifaçısı, "Polat Alemdar"ı canlandıran Necati Şaşmaz ilə 7 ildir evli olan Nagehan Şaşmazın boşanma qərarına gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün ayrılmasının səbəbləri ilə bağlı bəzi məqamlar ortaya çıxıb. Aktyorun vəkili boşanma prosessinin qalmaqallı olacağını bildirib.

Boşanmaq üçün məhkəməyə ilk müraciət edən Necati olub. O, 10 milyon lirə təzminat və iki övladının qəyyumluğunu istəyib.

Vəkil məhkəməyə təqdim etdiyi şikayət ərizəsində Nagehanın evliliyini ağır hərəkətlərlə sarsıtdığını qeyd edib. Almaniya vətəndaşı olan Nagehanın uşaqları özü ilə xaricə aparmasına da qadağa qoyulması tələb edilib. Belə ki, aktyor arvadının övladlarını ondan qaçırdacağını güman edir.

2 övladı olan cütlüyün xəyanət üzündən bu qərara gəldiyi iddia edilir.. İddialara görə Nagehan Şaşmaz həyat yoldaşı Necati Şaşmazın telefonunda gördükləri qarşısında şoka düşüb və cütlük əvvəl ayrı evlərdə yaşamağa qərar veriblər, sonra isə məhkəməyə baş vurublar.

Cütlüyün ilk uşaqları Ali Nadir 2013-ci ildə, 2017-ci ildə isə cütlüyün ikinci uşaqları Yusuf Emir dünyaya gəlib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler