» » Azərbaycanda sürüşmə sahələrində aktivləşmə var

Azərbaycanda sürüşmə sahələrində aktivləşmə var

Bölmə: Xəbər
Azərbaycanda sürüşmə sahələrində aktivləşmə var“Abşeron yarımadası istisna olmaqla, ölkə ərazisində mövcud sürüşmə sahələrində yağıntılarla əlaqədar nisbi aktivləşmə müşahidə olunub. Lakin təklükəli aktivləşmə qeydə alınmayıb”.

Xalqinfo.az bildirir ki, bunu apa-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərinin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

S. Əmiraslanov qeyd edib ki, sürüşmə prosesləri ən çox dağlıq ərazilərdən keçən yollarda baş verir: “Həmişə olduğu kimi, yenə də Lənkəran-Lerik yolunun 17-19-cu km-də, Ağsu aşırımı ərazində və Quba-Xınalıq yolunda lokal sürüşmə, uçqun proseslərinə rast gəlinir. Həmin ərazilərdə sürüşmə və uçqun sahələrində nisbi aktivləşmə müşahidə olunur. Ümumiyyətlə, Quba-Xınalıq yolunda uçqun prosesi mütəmadi olaraq baş verir. Bu ərazidə həm sürüşmə, həm də uçqun tipli proseslərin baş verməsi üçün şərait var”.

S. Əmiraslanov onu da əlavə edib ki, sürüşmə sahələri ilə bağlı monitorinqlər davam etdirilir, sonuncu monitorinq hələlik tam başa çatmayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler