» » Bir ailəni məhv edən sürücü həbs edildi -

Bir ailəni məhv edən sürücü həbs edildi - BAKIDA

Bölmə: Xəbər
Bir ailəni məhv edən sürücü həbs edildi - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən yol qəzasında təqsirli bilinən Qurban Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. lent.az.-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Qurban Əliyev 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qurban Əliyevin barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, Qurban Əliyev 2014-cü il martın 19-da baş verən ağır qəzanın törədilməsində təqsirli bilinib. Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Şamaxı rayonu ərazisində iki “Mersedes” markalı minik maşını və 90 RT 309 dövlət nömrə nişanlı “Daewoo Nexia” markalı maşınlar toqquşub. Hadisə nəticəsində Ağsu rayon sakinləri - 1958-ci il təvəllüdlü Orucəliyev Cümşüd Rəcəb oğlu, onun iki oğlu - 1987-ci il təvəllüdlü Orucəliyev Rafiq Cümşüd oğlu, 1984-cü il təvəllüdlü Orucəliyev Rasim Cümşüd oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Cümşüd Orucəliyevin həyat yoldaşı 1955-ci il təvəllüdlü Hökumə Orucəliyeva və 2009-cu il təvəllüdlü nəvəsi Aytac Orucəliyeva, eləcə də Qəbələ rayon sakinləri - 1952-ci il təvəllüdlü Əliyev Qurban Cəfər oğlu, 1941-ci il təvəllüdlü Əhmədov Əziz Hacıməmməd oğlu, 1985-ci il təvəllüdlü İmanova Leyla Qurban qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler