» » İtkin düşən Azərbaycan vətəndaşının meyiti tapıldı - Yenilənib

İtkin düşən Azərbaycan vətəndaşının meyiti tapıldı - Yenilənib

Bölmə: Xəbər, MANŞET
İtkin düşən Azərbaycan vətəndaşının meyiti tapıldı - Yenilənib
Qara dənizdə “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində itkin düşən Azərbaycan vətəndaşı, gəmi kapitanı Turbat Kamil oğlu İsmayılovun cəsədi tapılıb.

Xalqinfo.az xəbər verir ki, onun cəsədi suda gəminin göyərtəsində sıxılmış vəziyyətdə aşkar olunub.

Bildirilib ki, T.İsmayılov və digər Azərbaycan vətəndaşı, gəmi kapitanının baş köməkçisi Məmmədəli Surxay oğlu İbrahimovun gəmidə sıxılmış vəziyyətdə qalmış meyitlərinin çıxarılması istiqamətində iş aparılır.

***

Türkiyənin Samsun şəhərindən 130 kilometr məsafədə - Qara dənizdə Panama bayrağı ilə üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində gəminin ekipaj üzvlərindən biri, Azərbaycan vətəndaşı, gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib və onun cəsədi sudan çıxarılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, digər Azərbaycan vətəndaşı, gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.

Agentlikdən bildirilib ki, bu gün saat 16:50-də Qaradənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda həmçinin bildirilib ki, ekipaj üzvlərindən 2 nəfər Azərbaycan vətəndaşıdır.

Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq məqsədilə Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq məlum olub ki, gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler