» » Fədayə Laçın apellyasiya şikayəti verəcək

Fədayə Laçın apellyasiya şikayəti verəcək

Bölmə: Xəbər
Fədayə Laçın apellyasiya şikayəti verəcək





Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazıdır.

Xalqinfo.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında F.Laçının vəkili Nurəngiz Qarayeva deyib.

Vəkil bildirib ki, müvəkkilinə ağır cəza verilib: “Biz hökmlə razı deyilik. Hələ ki, hökmü almamışıq. Hökmü alandan sonra apellyasiya şikayəti verəcəyik. Yəqin ki, qərarı yeni ildə alacağıq. Hökm alınandan sonra apellyasiya şikayəti hazırlayıb məhkəməyə təqdim edəcəyik”.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fədayə Laçın 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler