» » Bakıda sərnişin avtobusu aşdı:

Bakıda sərnişin avtobusu aşdı: 9 yaralı - YENİLƏNİB

Bölmə: Xəbər
Bakıda sərnişin avtobusu aşdı:




Bakıda 119 saylı marşrut xətti üzrə işləyən avtobusun aşması nəticəsində yaralananların sayı 9-a çatıb.



Məlumata görə, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən yaralılardan 6 nəfərin vəziyyəti yüngül olduğundan onlar ambulator müalicəyə buraxılıb. Yaralılardan 67 yaşlı Hüseynova Mehriban Tağı qızının isə vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. O, hadisə zamanı ağır kəllə-beyin travması alıb.



21:46



Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda 20 yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TG174 DQN-lı avtobus qəzaya uğrayıb.

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.



M.Ağayev bildirib ki, hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə yollanıb:

"İlkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə, hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq".



Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, hadisə yerinə dərhal 3 təcili yardım maşını yollanıb. Qəza nəticəsində yaralanan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 6 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb.



İlkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə, hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib: "Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler