» » DTX-dən əhaliyə

DTX-dən əhaliyə XƏBƏRDARLIQ

Bölmə: Xəbər
DTX-dən əhaliyə





Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlara müraciət edib.


Xalqinfo.az xəbər verir ki, müraciətdə milli təhlükəsizliyə təhdid yaradan hadisələr və ya hərəkətlər, həmçinin bununla bağlı digər məsələlər barədə DTX-ya məlumat verilməsinin qaydaları izah olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin etimad telefon nömrəsi (+99412) 405 99 99 və 1656 qaynar xətti vətəndaşların (müraciət edənlərin xahişi əsasında onların şəxsiyyətlərinin açıqlanmaması təmin edilir) məlumat vermələri, yaxud çatdırmaları üçün birbaşa əlaqə vasitəsidir.

Həmin məlumatlar aşağıdakılar ola bilər:

- qanunvericiliklə təhqiqatı və ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətlərinə aid edilmiş hazırlanan, törədlilən və ya törədilmiş cinayətlər, eləcə də bu cinayətləri hazırlayan, törədən, yaxud törətmiş şəxs (şəxslər) barədə;

- milli təhlükəsizliyə təhdid yaradan hadisələr və ya hərəkətlər, həmçinin bununla bağlı digər məsələlər barədə.

Azərbaycan Respublikasının və onun vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin, terror aktlarının, eləcə də digər mümkün təhdidlərin aşkarlanmasının və qarşısının alınmasına kömək edə biləcək bütün məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) üçün əhəmiyyət kəsb edir.

Etimad telefon nömrəsinin (+99412) 405 99 99 və 1656 qaynar xəttinin növbətçiləri həftənin 7 günü 24 saat ərzində məlumat qəbul edirlər.

Vətəndaşlar xəbərdar olunurlar ki, terrorçuluq və digər cinayətlər barədə bilə-bilə yalan məlumat verməyə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin ünvanı və əlaqə xətləri: AZ1006, Bakı şəhəri, Parlament prospekti 14.
Telefon: (+99412) 405 99 99
Faks: (+99412) 405 92 22
Qaynar xətt: 1656 (bölgələrin sabit telefon şəbəkələri üçün (012) 1656)
E-poçt:mektub@dtx.gov.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler