» » Qadına 9 il 6 ay həbs

Qadına 9 il 6 ay həbs

Bölmə: Xəbər
Qadına 9 il 6 ay həbsBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rübabə Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə, R. Quliyeva 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, R. Quliyeva Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O, bir neçə sahibkarın etimadını qazanaraq, onların külli miqdarda pulunu dələduzluq yolu ilə alıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler