» » Lerikdə torpaq sürüşməsi baş verdi -

Lerikdə torpaq sürüşməsi baş verdi - Foto

Bölmə: Xəbər
Lerikdə torpaq sürüşməsi baş verdi -Havaların yağıntılı keçməsi Lerik rayonunda torpaq sürüşməsinə səbəb olub.
Belə ki, rayonun Şivlə kəndində baş vermiş torpaq sürüşməsi bir neçə evə ziyan vurub.

Bu barədə arqument.az-a kənd sakinləri məlumat veriblər.

Onlar bildiriblər ki, torpaq sürüşməsi kəndin yerləşdiyi dağın yamacında baş verib və hazıra evlərə doğru gəlir. Artıq bir neçə evin torpaq altında qalması təhlükəsi yaranıb.

Kənd sakinləri Surət Əliyev və Kamal Rüstəmova məxsus yaşayış evləri isə demək olar ki, sürüşmə zolağına düşüb.

Bundan başqa, kəndin aşağı hissəsində də iri çatlar yaranıb. Həmin ərazidə yaşayan sakinlər də ciddi narahatçılıq içərisində olduqlarını deyirlər.

Həmçinin sakinlər hadisə barədə rayon İcra hakimiyyətinə məlumat verdilərini də bildiriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler