» » Azərbaycanda 14 yaşlı məmur oğlu maşınla yeniyetmə qızı vurdu

Azərbaycanda 14 yaşlı məmur oğlu maşınla yeniyetmə qızı vurdu

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Azərbaycanda 14 yaşlı məmur oğlu maşınla yeniyetmə qızı vurdu
Şabran rayonu Uzunboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Xalqinfo.az xəbər verir ki, Uzunboyad kəndinin sakini, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi "VAZ-2107” markalı, 90-XF-512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub.

S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Tofiq Muradovun Uzunboyad kənd bələdiyyəsinin sədri Rafiq Muradovun oğlu olduğu bildirilir.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.(report.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler