» » Sabah Bakıda leysan yağacaq

Sabah Bakıda leysan yağacaq

Bölmə: Xəbər
Sabah Bakıda leysan yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.

Xalqinfo.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 09-da arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında

Noyabrın 09-da hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında arabir yağışlı hava şəraiti noyabrın 09-u gündüzədək davam edəcək. Gecə və səhər yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler