» » “Yorğanın altında nə baş verdiyini bilməliyik” -

“Yorğanın altında nə baş verdiyini bilməliyik” - Yaqub Mahmudov

Bölmə: Xəbər
“Yorğanın altında nə baş verdiyini bilməliyik” -
“Bu gün cəmiyyətdə varlı ilə kasıb təbəqə arasında böyük uçurum var. Varlılar az, kasıb təbəqə isə çoxdur. Biz bu fərqin aradan qaldırılması yollarını düşünməliyik”.

Xalqinfo.az xəbər verir ki, bunu deputat Yaqub Mahmudov parlamentdə büdcə müzakirələri zamanı deyib. O sual edib ki, bugünkü minimum əməkhaqqı ilə bazardan səbəti doldurmaq mümkün ola bilərmi?: “Təbii ki, yox. Ona görə də minimum əməkhaqqı qaldırılmalıdır və bu bizi düşündürməlidir”.

Qarabağ müharibəsi əlilləri ilə bağlı problemə toxunan Y. Mahmudov Qarabağ döyüşlərində iştirak etdiyini qeyd edərək bildirib ki, bu gün Qarabağ müharibəsinin əlillərinin sayı reallığı əks etdirmir: “Elə adamlar var ki, onları tanıyıram. Onlar heç Qarabağı tanımırlar, ancaq müharibə veteranı və əlililidir. Çünki bu qədər Qarabağ əlilinin olması cəmiyyətdə şübhə doğurur. Biz ələ baxımlılıqdan qurtulmalıyıq. Hamı bir yolla dövlətdən qopartmağa çalışır. Bunun qarşısı alınmalıdır. Milləti işləməyə öyrətməliyik. Əlilliklə, zəlilliklə dövlətdən qoparmaqdan xilas olmalıyıq. Ayağımızı yorğanımıza görə uzatmalıyıq. Amma yorğanın altında da nə baş verdiyini bilməliyik”.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler