» » Gömrükçülərdən qaçmağa çalışan azərbaycanlı yanğın törətdi

Gömrükçülərdən qaçmağa çalışan azərbaycanlı yanğın törətdi

Bölmə: Xəbər
Gömrükçülərdən qaçmağa çalışan azərbaycanlı yanğın törətdi
Azərbaycanlı sürücü yük avtomobili vasitəsilə Rusiyanın Smolensk vilayətindən qadağan olunmuş almanı keçirməyə çalışıb.

Xalqinfo.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Krasninsk rayonunda gömrükçülər “Volvo” markalı yük avtomobilini yoxlamağa çalışarkən sürücü maşını işə salıb və aradan çıxmaq istəyib.

Bir müddət sonra yük avtomobili alovlanıb. Uzağa gedə bilməyəcəyini görən şəxs avtomobili saxlayıb və qaçmağa başlayıb. Bu zaman o, gömrükçülərin əlinə keçib. Avtomobilə baxış zamanı qadağan olunmuş alma aşkar edilib.

Araşdırmalar zamanı həmin şəxsin Rusiyaya girişi qadağan edilmiş Azərbaycan vətəndaşı olduğu aydınlaşıb. O, sərhədçilərə təhvil verilib. Azərbaycanlıya qarşı cinayət işi başlanılıb.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Gömrükçülərdən qaçmağa çalışan azərbaycanlı yanğın törətdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler