Daha bir süpürgəçini maşın vurub öldürdüDaha bir süpürgəçi qadını avtomobil vuraraq öldürüb. Xalqinfo.az xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb: “Piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 90 DX 135 “Hunday” markalı avtomobil 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Təəssüf ki, qadın hadisə yerində dünyasını dəyişib”. V.Əsədov bildirib ki, sürücü Şirinov Murğuz Yavər oğludur. Faktla bağlı araşdırma başlayıb. *** Səhər saatlarında Bakının “Neftçilər” metrostansiyası yaxınlığında süpürgəçi qadını maşın vurub. Xalqinfo.az xəbər verir ki, hadisə şahidinin sözlərinə görə, servis maşınının törətdiyi qəza nəticəsində təxminən 50 yaşlarında olan qadın dünyasını dəyişib. Şəfa Rasimqızı www.xalqinfo.az |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|