» » Bakıda redaksiyaya hücum edənlər tutuldu -

Bakıda redaksiyaya hücum edənlər tutuldu - Video

Bölmə: Xəbər
Bakıda redaksiyaya hücum edənlər tutuldu -
“Yeni Zaman” – "Novoye Vremya” qəzetlərinin ofisinin naməlum şəxslər tərəfindən qarət edilməsi faktının üstü açılıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə REAL-a qəzetin baş redaktoru Şakir Ağayev məlumat verib.

Hadisə oktyabrın 12-nə keçən gecə baş verib. Dərhal hadisə barədə Nərimanov rayon 16 saylı polis şöbəsinə məlumat verilib, araşdırmalara başlanılıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qəzet ofisinin qarəti barədə Daxili İşlər Naziri Ramil Usubovun adına məktub göndərilərək, ondan sözügedən işi şəxsi nəzarətinə götürülməsini xahiş edib.

Noyabrın 3-də baş redaktora Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsindən zəng gəlib və hadisənin törədilməsində şübhəli bilinən üç nəfərin saxlanıldığı barədə məlumat verilib. Saxlanılan şəxslər hadisə yerinə gətiriliblər və müvafiq istintaq hərəkətləri aparılıb. Baş redaktorun sözlərinə görə, saxlanılan şəxslərin 14, 21 və 23 yaşı var.

Qeyd edək ki, qarət nəticəsində redaksiyaya 800 manatlıq ziyan dəyib.



Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler