» » Şəmkirdə 149 partlamamış hərbi sursat tapıldı -

Şəmkirdə 149 partlamamış hərbi sursat tapıldı - Fotolar

Bölmə: Xəbər
Şəmkirdə 149 partlamamış hərbi sursat tapıldı -
Şəmkir rayonunda 149 partlamamış hərbi sursat tapılıb.

Bu barədə Xalqinfo.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Belə ki, noyabrın 7-də saat 12:37-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 13:06-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Şəmkir rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 381 km-nə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 149 ədəd partlamamış hərbi sursat (2 ədəd F-1 əl qumbarası, 147 ədəd 7.62 mm-lik patron), 2 ədəd boş F-1 əl qumbarası və 1 ədəd avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Şəmkirdə 149 partlamamış hərbi sursat tapıldı -
Şəmkirdə 149 partlamamış hərbi sursat tapıldı -
Şəmkirdə 149 partlamamış hərbi sursat tapıldı -
Şəmkirdə 149 partlamamış hərbi sursat tapıldı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler