» » “Bu dərmanlar həddindən artıq bahadır” -

“Bu dərmanlar həddindən artıq bahadır” - Deputat

Bölmə: Xəbər
“Bu dərmanlar həddindən artıq bahadır” -
“Onkoloji xəstələrin müalicəsi üçün şiş əleyhinə alınan dərmanlara görə ayrılan büdcənin artırılmasına ehtiyac var”

Xalqinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə büdcə müzakirələri zamanı deyib. O, bildirib ki, gələn ilki büdcədə şiş əleyhinə dərmanların alınması üşün 31 milyon manat ayrılıb: “Ancaq bu dərmanlar həddindən artıq bahadır. Bu vəsaitin qaldırılmasına böyük ehtiyac var”.

Komitə sədri həmçinin elmə ayrılan vəsaitin azalmasından gileylənib: “Bu, ədalətsizlikdir. Büdcədə bu rəqəm 0,2 faiz təşkil edir. Biz bundan yuxarı qalxa bilmirik. Halbuki elmi avadanlıqların alınması, AMEA-da çalışan işçilərin maaşının artırılmasına ehtiyac var”.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler