» » Bakı Təhsil İdarəsindən 20 saylı məktəblə bağlı AÇIQLAMA

Bakı Təhsil İdarəsindən 20 saylı məktəblə bağlı AÇIQLAMA

Bölmə: Xəbər
 Bakı Təhsil İdarəsindən 20 saylı məktəblə bağlı AÇIQLAMA

Bakı Şəhər Təhsil İdarəsi paytaxtın 20 saylı məktəbində baş vermiş hadisə ilə bağlı məlumat yayıb. İdarədən Lent.az-a verilən məlumata görə, bu gün səhər saatlarında 20 saylı məktəbdə yaranan problemlə əlaqədar olaraq şagirdlər binadan evakuasiya edilib, təhlükəsizlik tədbirləri görülüb.
Fövqəladə Hallar Nazirliyinin və müvafiq dövlət qurumlarının apardığı araşdırma nəticəsində məktəbdə zərərli maddə və qazlar aşkar edilməyib, oksigen norma daxilində olub.
Qeyd edək ki, məktəb binası daxilində ümumiyyətlə qaz xətləri mövcud deyil. Sabahdan etibarən tədris prosesi bərpa olunacaq.
Qeyd edək ki, Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nərimanov rayonunda, 20 saylı orta məktəbin müvəqqəti yerləşdirildiyi binada qaz qoxusu hiss olunub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler