» » Yağışlı hava ilə əlaqədar bu yolda sürət həddi aşağı endirildi

Yağışlı hava ilə əlaqədar bu yolda sürət həddi aşağı endirildi

Bölmə: Xəbər
Yağışlı hava ilə əlaqədar bu yolda sürət həddi aşağı endirildi
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Xalqinfo.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Qurumdan bildirilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir:

“Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, metereoloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler