Tanınmış azərbaycanlı rejissor vəfat edibBölmə: Xəbər
![]() apa-nın cənub bürosunun məlumatına görə, mərhumla vidalaşma mərasimi günün ikinci yarısında teatrda keçiriləcək. Qeyd edək ki, B. Rzayev 1942-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və A.B.Lunaçarski adına Moskva Dövlət Teatr İnstitutunu bitirib. 1974-cü ildən Lənkəran Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayan B.Rzayev sonra quruluşçu rejissor vəzifəsində çalışıb. 1983-cü ildə teatrın baş rejissoru vəzifəsinə təyin olunan B.Rzayev 80-dən çox tamaşaya səhnə həyatı verib. Onun quruluş verdiyi C. Məmmədquluzadənin “Ölülər” və Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən” tamaşaları Azərbaycan Dövlət Televiziyasının qızıl fonduna daxil edilib. B. Rzayev dramaturq kimi də qələmini sınayıb. Onun yazdığı “Ağlayaq, yoxsa gülək?”, “Şeyx Zahid Gilani”, “Qəhrəmanlıq xronikası”, “Məhəbbət və ölüm” əsərləri teatrda müvəffəqiyyətlə tamaşaya qoyulub. B. Rzayev həmçinin C.Məmmədquluzadənin “Acı xatirələr”, Ə.Nesinin “İntihar”, M.C.Paşayevin “Yolumuz hayanadır?”, Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən” əsərlərinin səhnə variantının müəllifi olub. Teatr və mədəniyyət məsələlərindən bəhs edən beş kitabı çapdan çıxıb. 1989-cu il mayın 17-də teatr sahəsində qazandığı nailiyyətlərə görə, əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. B. Rzayev son iki ildə teatrda aparıcı səhnə ustası kimi çalışmaqla yanaşı, “Ümid” teatr studiyasının pedaqoqu kimi fəaliyyət göstərib. |
XƏBƏR LENTİ
15.02.19 12:58 | Nazir tələbə təqaüdlərinin artırılmasından DANIŞDI
15.02.19 12:56 | Prezidentin çıxışlarındakı mühüm mesajlar -
"Vətəndaş", "dövlət", "biz", "xidmət", "islahat"...
"Vətəndaş", "dövlət", "biz", "xidmət", "islahat"...
14.02.19 23:45 | Quranı pulla oxumaq: olar, ya olmaz?
14.02.19 23:33 | Birinci vitse-prezident “İmamzadə”də - FOTOLAR
14.02.19 23:20 | Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır -
təsisçisi Vüsalə Mahirqızıdır
təsisçisi Vüsalə Mahirqızıdır
14.02.19 23:07 | Nazirlik təhsil ekspertinin açdığı liseyə lisenziya vermədi –
5 aydı yollarda qalmışam
5 aydı yollarda qalmışam
14.02.19 23:04 | 9-cu sinif şagirdi 2000 avroya görə beynəlxalq yarışa QATILA BİLMİR
14.02.19 23:02 | İlham Əliyevdən ali məktəblərlə bağlı mühüm qərar
14.02.19 22:59 | Birinci vitse-prezident Gəncəyə səfər edib
13.02.19 22:39 | Mehriban Əliyeva prezidentin səfərindən video paylaşdı -
“İnsanların sevgisi...” +Video
“İnsanların sevgisi...” +Video
13.02.19 22:34 | Beyləqan sakinlərinin İlham Əliyevlə dialoqu:
“Bizdən Mehriban xanıma da çoxlu salam apar”
“Bizdən Mehriban xanıma da çoxlu salam apar”
13.02.19 22:26 | Nazirliyin açıqlaması kökündən YALANDIR:
“Heyvanlar noyabr deyil, dekabrda verilib”
“Heyvanlar noyabr deyil, dekabrda verilib”
|