» » Nəcməddin Sadıkov israilli həmkarı ilə görüşüb -

Nəcməddin Sadıkov israilli həmkarı ilə görüşüb - Foto

Bölmə: Xəbər
Nəcməddin Sadıkov israilli həmkarı ilə görüşüb -
Oktyabrın 24-də Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov İsrailə rəsmi səfəri çərçivəsində Təl-Əviv şəhərində israilli həmkarı general-leytenant Qadi Ayzenkot ilə görüşüb.

Bu barədə Xalqinfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Qonaqları salamlayan general-leytenant Q.Ayzenkot vurğulayıb ki, İsrail Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir və iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.

General-polkovnik N.Sadıkov Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycan və İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

Nəcməddin Sadıkov israilli həmkarı ilə görüşüb -
Nəcməddin Sadıkov israilli həmkarı ilə görüşüb -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler