» » Bu yollarda sürət həddi endirildi

Bu yollarda sürət həddi endirildi

Bölmə: Xəbər
Bu yollarda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heyder Əliyev prospekti - Hava Limanı - Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu addım yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə atılıb.

"Sürücülərdən nəqliyyat vasitələri ilə yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur. Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - deyə məlumatda bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler