» » Azərbaycanda 169 miqrant saxlanıldı

Azərbaycanda 169 miqrant saxlanıldı

Bölmə: Xəbər
Azərbaycanda 169 miqrant saxlanıldı
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 nəfər əcnəbi saxlanılıb.

DMX-dən Xalqinfo.az-a verilən məlumata görə, onlardan 8 nəfər Pakistan, 1 nəfər Hindistan və 1 nəfər İraq vətəndaşı Dövlət Təhlükəsizlik Xidməti (DTX), 4 nəfər Pakistan vətəndaşı isə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilmiş birgə tədbirlər zamanı saxlanılıb.

Saxlanılmış 11 nəfərin Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları və digər 158 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Azərbaycanda 169 miqrant saxlanıldı

Həmin əcnəbilərdən 150 nəfər barəsində inzibati qərarlar qəbul olunub, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler