» » İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev sərəncam imzaladıAzərbaycan Respublikası Prezidenti İlham Əliyev “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1100-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

aznews.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Taxıl haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq, bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək və həmin Qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Şərh Yaz
ŞƏRH(1)

Əli Məmmədov 2 dekabr 2014 10:53
Cənab Prezident biz gənclər sizinləyik.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler