» » Şabranda 18 yaşlı oğlan ov zamanı özünü güllələdi

Şabranda 18 yaşlı oğlan ov zamanı özünü güllələdi

Bölmə: Xəbər
Şabranda 18 yaşlı oğlan ov zamanı özünü güllələdiŞabranın Zeyvə kəndində ov etmək istəyən gənc oğlan ehtiyatsızlıqdan özünə atəş açıb.

Xalqinfo.az-ın Şimal bürosunun verdiyi məlumata görə, Şabran rayonu Zeyvə kənd sakini 2000-ci il təvəllüdlü Mahir Məmmədi oğlu Şıxəliyev ov edərkən, ehtiyatsızlıqdan özünün baş nahiyyəsinə atəş açıb.

Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M.Şıxəliyev bir müddətdən sonra orada ölüb.

Şabran Rayon Mərkəzi xəstəxanasından verilən məlumata görə, meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Şöbəsinin Morquna aparılıb.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler