Yazıçılar Birliyində yeni qurum yaradıldıBölmə: Xəbər
![]() Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Səhnə" yaradıcılıq qurumu fəaliyyətə başlayıb. Xalqinfo.az xəbər verir ki, bu barədə AYB-nin katibi Rəşad Məcid özünün "Facebook" səhifəsində məlumat yayıb. O deyib ki, Birliyin Gənclər Katibliyi və Dramaturgiya bölməsinin təşəbbüsü ilə yaradılan qurumun əsas məqsədi istedadlı gənc dramaturqların üzə çıxarılmasına qayğı göstərmək və onların formalaşmasını təmin etməkdir. R.Məcid qeyd edib ki, yeni yaradıcılıq qurumunun üzvləri qarşısında tanınmış söz və sənət adamlarının çıxış, mühazirə və ustad dərslərinin keçirilməsi, habelə müzakirə, diskussiya və debatların təşkili nəzərdə tutulur: "Səhnə" yaradıcılıq qurumunun tədbirlərində dramaturgiyaya marağı olan şəxslər, o cümlədən ssenarist və rejissorlar iştirak edə bilərlər. Qurum gələcəkdə öz “praktik-vizual” tədbirlərinin bir qismini teatrlarda və kinostudiyalarda reallaşdırmaq niyyətindədir". Dramaturq Firuz Mustafa yaradıcılıq qurumunun rəhbəri təyin edilib. Məsul katib vəzifəsi isə rejissor Nicat Qəribə həvalə olunub. Qurumun ilk tədbiri oktyabrın 29-u saat 12-də AYB-nin Natəvan klubunda keçiriləcək. |
XƏBƏR LENTİ
21.02.19 01:04 | Estoniya müharibəyə hazırlaşır
21.02.19 00:55 | Azərbaycan qaz hasilatını artıracaq
21.02.19 00:44 | Bu gecə Kiçik çillə bitir
21.02.19 00:42 | "Samsung" dünyada ilk qatlanan smartfon təqdim edir
21.02.19 00:38 | “Bunlar neft və qaz satışı gəlirləri sayəsində mümkün olub”
21.02.19 00:34 | Putin ABŞ-a meydan oxudu
21.02.19 00:23 | Netanyahu Moskvaya getməkdən imtina etdi
21.02.19 00:19 | Deputat Lənkəranski ilə qohumluğundan, Qulinin "vor"luğundan DANIŞDI
21.02.19 00:06 | Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyuldu
19.02.19 22:05 | Hövsanda acınacaqlı mənzərə
19.02.19 21:59 | Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?
19.02.19 21:42 | Daha bir senator ABŞ prezidentliyə namizəd oldu
19.02.19 21:39 | Ramil Usubov Sumqayıt yol polisinə yeni rəis təyin etdi
19.02.19 21:35 | Azərbaycan və çeçen ağsaqqalları görüşdü
|