» » Bu adam Bakı sakilərini qorxuya saldı - 100-ə yaxın evdə...

Bu adam Bakı sakilərini qorxuya saldı - 100-ə yaxın evdə...

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Bu adam Bakı sakilərini qorxuya saldı - 100-ə yaxın evdə...
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində mənzillərdən və saxlanc yerlərindən silsilə oğurluqlar edən paytaxt sakini Zaur Süleykin saxlanılıb.

DİN-dən Xalqinfo.az-a daxil olan xəbərə görə, araşdırma zamanı onun evlərin pəncərələrini və dəmir barmaqlıqlarını sındıraraq pul, qızıl-zinət əşyaları, habelə təmir-tikinti alətləri oğurlaması müəyyən edilib. Z.Süleykinin ətrafında həyata keçirilən əlavə tədbirlələ onun paytaxtın müxtəlif rayonları, həmçinin Sumqayıt şəhəri ərazilərində bu ilin əvvəlindən saxlanılana qədər 100-ə yaxın mənzildən oğurluq etdiyi məlum olub. O, istintaqa verdiyi ifadəsində təkcə Xətai rayonunda 25 mənzildən oğurluq etdiyini etiraf edib.

Qeyd edək ki, Z. Süleykin oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyalarını paytaxtın müxtəlif ərazilərində yerləşən ticarət mərkəzlərində satıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler