» » Dünyanın ən güclü silahı Azərbaycan ordusunda -

Dünyanın ən güclü silahı Azərbaycan ordusunda - Video

Bölmə: Xəbər
Dünyanın ən güclü silahı Azərbaycan ordusunda -
Azərbaycan Silahlı Qüvvələri öz arsenalını dünyanın ən güclü snayper silahı ilə gücləndirib.

Oxu.Az xəbər verir ki, bu, “Aerotek” şirkəti tərəfindən hazırlanan və Cənubi Afrikanın “Denel” şirkətinin “Mechem” bölməsi tərəfindən istehsal edilən genişçaplı “Mechem NTW-20” (Denel NTW-20) snayper silahıdır.

Silah Azərbaycan Müdafiə Nazirliyinin bölmələrinin qış mövsümünə hazırlığının yoxlanılması ilə bağlı yayımladığı foto-hesabatında görünüb.

Silah prioritet hədəflərlə mübarizə üçün nəzərdə tutulub: raket kompleksləri, peyk antenaları, radiolokasiya stansiyaları, dayanacaqdakı təyyarələr və helikopterlər, yüngül zirehli texnikalar.

Kompleksə iki əvəzli barel daxildir:

- Birincisi, 20 × 83,5 millimetrlik güllələrlə atəş üçün nəzərdə tutulub. Silahın çəkisi 0,112 kq, lülə enerjisi 29,03 kqm-dir.

- İkinci barel 14,5 × 114 mm güllələrlə atəş üçün nəzərdə tutulub. 20 × 83,5 millimetrlik güllələr “PMP/Denel” şirkəti tərəfindən hazırlanır.

Bu, uzaq məsafədə düşmənin canlı qüvvəsini və yüngül zirehli texnikasını məhv etmək üçün unikal snayper silahıdır. Silahın bazası tankəleyhinə silahlardır. Bu silahların təchizatında müasir vasitələrdən istifadə edilib.

Snayper orduda və ya satışda olan digər silahlardan fərqli olaraq, daha yüksək dəqiqliyə malikdir.

Buna görə də “Mechem NTW-20” antimaterial silahının köməyilə düşmənin snayperlərinə qarşı durmaq olar. Silahın daha bir müvəffəqiyyəti isə işə düşməyən aviabombaların zərərsizləşdirilməsidir.

“Mechem NTW-20” silahının effektivliyi sursatın qəlpələnməsidir ki, bu da 10 metr diametrdə düşməni məhv etməyə imkan verir. Effektiv məsafəsi 1,5 kilometrdir.

Bundan başqa, silah yaradıcısı bu kompleksə 14,5 millimetrlik sursat da əlavə edib. Bu güllə təsadüfi seçilməyib – tətbiq edilmiş sursat 2 kilometr məsafədə istənilən zirehli gödəkçələri dələ bilər.



Dünyanın ən güclü silahı Azərbaycan ordusunda -
Dünyanın ən güclü silahı Azərbaycan ordusunda -
Dünyanın ən güclü silahı Azərbaycan ordusunda -
Dünyanın ən güclü silahı Azərbaycan ordusunda -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler