» » Bakıda kanalizasiya quyusundan neft çıxır -

Bakıda kanalizasiya quyusundan neft çıxır -

Bölmə: Xəbər
Bakıda kanalizasiya quyusundan neft çıxır - Paytaxtın Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsində kanalizasiya quyusundan neft çıxır.

Xalqinfo.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl bu kanalizasiya xəttində neft görünüb. Əvvəllər az olub və qısa zamanda problem aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. Lakin son bir neçə gündə neft lükün ağzına qədər qalxıb.

Hətta neft kanalizasiya xətti vasitəsilə evlərin hamamından və digər hissələrdən də çölə çıxır.

Məsələ ilə bağlı əraziyə cavabdeh olan 139 saylı Mənzil Kommunal İstismar Sahəsindən bildirilib ki, problem qısa zamanda həll olunacaq.

Sakinlər həmin ərazidə hər hansı bir yanğın təhlükəsinin yaranmasından da narahatdırlar.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler