» » Ramil Usubovdan yeni təyinat

Ramil Usubovdan yeni təyinat

Bölmə: Xəbər
Ramil Usubovdan yeni təyinatDaxili işlər naziri, general-polkovnik Ramil Usubov Dövlət Yol Polisində növbəti kadr dəyişikliyi edib.

Xalqinfo.az-ın Unikal.org-a istinadən məlumatına görə, Ramil Usubovun müvafiq əmri ilə polis kapitanı Cavid İsgəndərzadə Suraxanı rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Sözügedən xəbəri Suraxanı rayon Dövlət Yol Polisi (DYP) Şöbəsindən təsdiqləyiblər.

Qeyd edək ki, Suraxanı rayonunun Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəis müavini Novruz Abdulla oğlu Qurbani idi. O, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəis müavini, hərbi xidmətdən tərxis edilmiş polkovnik Abdulla Qurbaninin oğludur.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler