» » Rusiya vətəndaşları Kürdəmirdə qəzaya düşdü -

Rusiya vətəndaşları Kürdəmirdə qəzaya düşdü - Ölən və yaralananlar var

Bölmə: Xəbər
Rusiya vətəndaşları Kürdəmirdə qəzaya düşdü - Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Xalqinfo.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 186-cı kilometrliyində, magistral xəttin Kürdəmir ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Heydərov Rövşən Kamil oğlu idarə etdiyi "Şkoda" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən səhhətində problem yaranıb. Bu səbəbdən o, nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı su kanalına düşüb.

Hadisə zamanı sürücü qəza yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, Rusiya vətəndaşları - 1980-ci il təvəllüdlü Fedina Nataliya Anatolevna və 1975-ci il təvəllüdlü Yaşina Olqa Viktorivna müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler