» » Azərbaycanda 92 nəfər qanunsuz miqrant saxlanıldı -

Azərbaycanda 92 nəfər qanunsuz miqrant saxlanıldı - Fotolar

Bölmə: Xəbər
Azərbaycanda 92 nəfər qanunsuz miqrant saxlanıldı - Dörd gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 92 əcnəbi saxlanılıb.

DMX-dən Xalqinfo.az-a verilən məlumata görə, saxlanılmış şəxslərdən 18 nəfərinin Azərbaycan ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 5-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 69-nun isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 68 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Azərbaycanda 92 nəfər qanunsuz miqrant saxlanıldı -
Azərbaycanda 92 nəfər qanunsuz miqrant saxlanıldı -
Azərbaycanda 92 nəfər qanunsuz miqrant saxlanıldı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler