» » Yol polisi yağışlı havada belə işlədi - Həyəcan siqnalı ilə xidmət - Video

Yol polisi yağışlı havada belə işlədi - Həyəcan siqnalı ilə xidmət - Video

Bölmə: Xəbər
Yol polisi yağışlı havada belə işlədi - Həyəcan siqnalı ilə xidmət - Video




Bu gün yağışın yağması ilə əlaqədar olaraq yol hərəkətində mürəkkəb vəziyyət yaranıb. Bunun qarşısını almaq üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tərəfindən həyacan siqnalı verilib. DYP-nin bütün şəxsi heyəti paytaxt ərazisində səfərbər olunub. Xüsusilə 20-dən artıq ərazidə suyun yığılması və təhlükəli vəziyyətin yaranmasını nəzərə alaraq həmin küçə və prospektlərdə gücləndirilmiş rejimdə xidmət aparıblar. Belə ki, Binəqədi-Baksol yolu, Bağırov körpüsünün altı, Ziya Bünyadov-Azadlıq prospektlərinin kəsişməsindəki tunelin içərisi, Əhməd Rəcəbli-Ziya Bünyadov, Ziya Bünyadov- Salamzadə, Beşmərtəbə, 3-cü mikrorayon, 10-cu zavod dairələri, Tbilisi prospekti, "İstpetrol"un qarşısındakı geriyə dönmə yeri, Heydər Əliyev prospektində "Koroğlu" metrostansiyasının yaxınlığı, Həsən Əliyev küçəsində ASAN xidmətin, Zərifə Əliyeva adına Göz Xəstəxanasının qarşısı, Həsənoğlu küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsi, Zərifə Əliyeva, Bülbül, Rəsul Rza, Əziz Əliyev, Mikayıl Müşfiq, Akim Abbasov küçələri, o cümlədən Mətbuat və Neftçilər prospektlərində yağışla əlaqədar olaraq su yığılaraq gölməçələr yaranıb. Bu isə sıxlığa və avtomobillərin hərəkətinin məhdudlaşmasına səbəb olub. Qeyd olunan ərazilərə FHN və Azərsu əməkdaşlarının gəlməsini təmin edən yol polisləri, həmçinin gölməçələrdə sönüb qaldığı üçün tıxaca səbəb olan maşınları da yolun hərəkət hissəsindən uzaqlaşdırıblar.
Eyni zamanda yağışın yağması bir sıra küçə və prospektlərdə işıqforların işləməməsinə səbəb olub. Bunu nəzərə alan YPX əməkdaşları həmin ərazilərdə xidmət apararaq növbəli keçməni və təhlükəsizliyi təmin ediblər.

Həmçinin yolda qalan piyadalar, avtobusların gecikməsi nəticəsində dayanacaqlarda olan sərnişinləri YPX əməkdaşları patrul avtomobili ilə yaxınlıqdakı metro stansiyalarına çatdırıblar.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, yağışın başlamasından bu saatlara qədər cüzi maddi zərərlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az bu gün şəhərdə apardığı müşahidələr zamanı çəkilmiş, sosial şəbəkələrdə yayılmış, müxtəlif idarə və təşkilatların kameraları vasitəsilə qeydə alınmış görüntüləri toplayıb. Görüntülərdən aydın olur ki, YPX əməkdaşları fəal xidmət aparıblar. Hətta kanalizasiya qapaqları açıq olan yerlərə gələrək onları bağlayıb, bəzilərini ilə bağlamaq mümkün olmadığı üçün patrul maşını ilə həmin yerdə dayanaraq təhlükəsizliyi təmin ediblər. Lyuklara düşən maşınları çıxararaq sürücülərə kömək ediblər.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler