» » “Bizə güclü dərman vermişdilər, oyana bilmədik” -

“Bizə güclü dərman vermişdilər, oyana bilmədik” - Yanğın işi

Bölmə: Xəbər
“Bizə güclü dərman vermişdilər, oyana bilmədik” -
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib.

Xalqinfo.az xəbər verir ki, hakim Azər Paşayevin icraatında olan prosesdə zərərçəkənlər ifadə verib.

Yanğın zamanı orada müalicə olunan Əkbər Sahibzadə hadisədən sonra baş verənləri danışıb: “Həmin gün bizə güclü dərmanlar vermişdilər, dərmanların təsirindən çox adam qalxa bilmədi. Yanğından sonra mühafizəçi gəlib bizi oyadırdı. Digərləri dərmana görə dərhal oyana bilmədi. Artıq qalxanda isə hər yer tüstü idi, çıxa bilmədilər. Bizim palata qapının ağzında idi, çölə çıxdıq, başqa korpusa aparıdlar”.

Proses sentyabrın 18-də davam etdiriləcək./qafqazinfo/

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler