» » "Laçın və Kəlbəcər PKK-nın oylağına çevrilib" - Savaş Əyilməz

"Laçın və Kəlbəcər PKK-nın oylağına çevrilib" - Savaş Əyilməz

Bölmə: Xəbər
"Laçın və Kəlbəcər PKK-nın oylağına çevrilib" - Savaş Əyilməz





Atatürk Universitetinin Tarix fakültəsinin müəllimi Savaş Əyilməz Ermənistanın işğalı altındakı Azərbaycan torpaqları barədə danışıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o Ermənistanın PKK-ya dəstək verdiyini və ələ keçirilən PKK-çıların əksəriyyətinin Ermənistan əsilli olduqlarını bildirib:

"Deyirlər ki, Türkiyədən alınacaq torpaqlar 2 terror qruplaşması tərəfindən bölüşdürüləcək. Hər iki təşkilatın hədəfi Cənub-Şərqi Anadolu və Şərqi Anadoludur. Biri türk, digəri isə kürd dövləti yaratmaq fikrinə düşüb.

Ermənistandakı iki qəzet və bir radio PKK-nın təbliğatı ilə məşğuldur. Həmin media qurumlar Avropadan gələn terrorçular tərəfindən yaradılıb.

Bununla yanaşı burada sadəcə təlimlər deyil, Qafqaz bölgəsindəki narkotik, silah qaçaqmalçılığı və insan alveri də yenə PKK-nın əlindədir. PKK Qafqazda güclü şəkildə təşkilatlanmağa və bölgənin əsas qruplaşmalarından birinə çevrilmək istəyir. Bunun üçün Ermənistanla yanaşı Gürcüstan üzərindən də ciddi sərmayələr yatırılır.

PKK Gürcüstanda Ermənistandan fərqli olaraq yalançı dərnəklər yaradaraq təşkilatlanmaq fikrindədir. Bu dərnəklərin xərclərini isə Avropa Birliyinin layihələrini gerçəkləşdirməklə qarşılayırlar. Terror təşkilatı Amanos dağlarında mövqeləri zəiflədikdən sonra, Ermənistan düşərgələrində olan terrorçuları Qara dəniz sahillərinə yönləndirir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler