» » Ramil Usubov Şəkiyə gedəcək

Ramil Usubov Şəkiyə gedəcək

Bölmə: Xəbər
Ramil Usubov Şəkiyə gedəcək





Daxili işlər naziri general-polkovnik Ramil Usubov Şəki şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Xalqinfo.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, qəbul avqustun 25-da saat 10:00-da Şəki şəhər rayon Polis şöbəsində olacaq. Görüşdə Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler