» » Cəlilabadda ağır qəza: yaralılar var -

Cəlilabadda ağır qəza: yaralılar var - FOTO

Bölmə: Xəbər
Cəlilabadda ağır qəza: yaralılar var - Cəlilabad rayonunda baş verən ağır yol qəzasında 4 nəfər xəsarət alıb
Ötən gün axşam saatlarında Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

anspress-in verdiyi məlumata görə, hadisə rayonun Abışabad kəndi ərazisindən keçən hissəsində baş verib.

Cəlilabad rayonu istiqamətində hərəkətdə olan 1983-cü il təvəllüdlü Aqil Elyas oğlu Ağayev idarə etdiyi "VAZ-2107" markalı minik avtomaşını ilə əks istiqamətdə hərəkətdə olan Ruslan Muxtar oğlu Xudiyevin idarə etdiyi BMW markalı minik avtomobili toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, hadisəyə hər iki avtomaşının yüksək sürətlə hərəkət etməsi səbəb olub. Bundan başqa, BMW-nin ön fənərləri nasaz olub.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Bundan başqa, "Jiquli"nin sərnişinləri, 1957-ci il təvəllüdlü Elyas Seyfi oğlu Ağayev və 2007-ci il təvəllüdlü Aqşin Şölət oglu Ağazadə ağır yaralanıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, azyaşlı xəstə Aqşin Şölət oğlu Ağazadəyə lazımi yardımlar göstərilib. Digər xəstə Elyas Seyfi oğlu Ağayevin xəsarətləri ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırmalar aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler