» » Bakıda polis rəisi öldürülməyib -

Bakıda polis rəisi öldürülməyib - AÇIQLAMA

Bölmə: Xəbər, BLOK XƏBƏR
Bakıda polis rəisi öldürülməyib -Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis rəisinin öldürülməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Xalqinfo.az bildirir ki, Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov apa-ya açıqlamasında bu barədə yayılan məlumatların yalan olduğunu deyib: “Binəqədi rayonu ərazisində bu gün nəyinki qətl hadisəsi, ümumiyyətlə, heç bir hadisə baş verməyib. Polis əməkdaşının qətlə yetirilməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar kökündən yalandır”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da APA-ya bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəisi Faiq Bədəlovun qətlə yetirilməsi ilə bağlı bəzi KİV-də yayılan xəbərlər həqiqəti əks etdirmir: “Bu məlumatlar yalandır və tərəfimizdən qəti şəkildə təkzib olunur”.

Eldar Sultanov həmçinin yalan və dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyi barədə KİV nümayəndələrinə xəbərdarlıq edib.

APA-nın əldə etdiyi məlumata görə, bu gün Binəqədi Rayon İcra Hakimiyyəti Xocasən qəsəbəsində qanunsuz tikililərlə bağlı reyd keçirib. Polis əməkdaşları da reyd zamanı təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler