» » Dükanlarda qeydiyyatsız telefonlar satılır –

Dükanlarda qeydiyyatsız telefonlar satılır – SOS

Bölmə: Xəbər, BLOK XƏBƏR
Dükanlarda qeydiyyatsız telefonlar satılır –Bakıda mobil telefon satışını həyata keçirən mağazalarda qeydiyyatdan keçməmiş telefonlar satılır.

Xalqinfo.az axar.az-a istinadən xəbər verir ki, Bakıda fəaliyyət göstərən və mobil telefon satışını həyata keçirən mağazalar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qadağasına məhəl qoymur.

Vətəndaşların da bundan bir qədər məlumatsız olması satıcıların işini daha da yüngülləşdirir ki, bu da qeydiyyata alınmamış telefonların satışını artırır. Bəzi mağazalarda sertifikatlaşdırılmamış telefonlar hətta açıq şəkildə satılır. Bundan xəbərsiz müştərilər isə telefondan istifadə etməyə başladıqdan sonra qeydiyyatdan keçmənin vacibliyi haqda mesaj alırlar və bu da istehlakçının hüququnu pozaraq əlavə əsəb, vaxt və maddi itkiyə səbəb olur.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil telefon satan mağazalarda qeydiyyatdan keçirilməmiş telefonların satışına qadağa qoyub.

Məsələ ilə bağlı nazirlikdən Axar.az-a bildirdilər ki, istehlakçıların hüquqlarının qorunması məqsədilə aidiyyəti qurumlarla birgə satış məntəqələrində olan cihazların IMEI nömrələrinin qeydiyyatda olması yoxlanılır:

“Satış məntəqələrində yalnız sertifikatlaşdırılmış və IMEI nömrələri bazada qeydiyyatda olan mobil cihazların satışı təşkil olunmalıdır. Qeydiyyatsız mobil cihazların satışını təşkil edən hüquqi və fiziki şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun tədbirlər görülür və görüləcək”.

Qeydiyyatla bağlı yeni qərara əsasən, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı - 5 (beş) manat, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatı - 20 qəpikdir.

Xatırladaq ki, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu məsələni şərh edərkən bildirmişdi ki, mobil telefonların qeydiyyat məsələsindən istifadə etmək istəyənlər var:

“Məncə, burada anlaşılmazlıq var. Kimlərsə bu sistemdən istifadə edərək ya digər xərcləri ödəmək fikrinə düşüb, ya da elə sadəcə, gəlir götürmək istəyir”.

İndiki durumda isə məlum olur ki, burada xüsusi gəlir götürmək istəyənlər sahibkarlardır. Onlar hər telefon aparatı üçün 20 qəpik ziyana düşməkdənsə, qeydiyyatsız telefon satdıqları müştəriləri həm maddi, həm də psixoloji cəhətdən ziyana salırlar.
- See more at: http://axar.az/news/35884#sthash.Cdg4YaVV.dpuf

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler