» » "İki şəxs məscidin şüşələrini sındıraraq yanğın törətdilər" -

"İki şəxs məscidin şüşələrini sındıraraq yanğın törətdilər" - YENİLƏNİB

Bölmə: Xəbər, BLOK XƏBƏR
"İki şəxs məscidin şüşələrini sındıraraq yanğın törətdilər" - Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki məsciddə yanğın baş verib.
Xalqinfo.az bildirir ki, bu barədə trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər.

Məsciddə yanğının baş verməsi barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat bu gün saat 02:38-də daxil olub.
İlkin məlumata görə, ümumi ərazisi 300 kv.m olan məsciddə 5 kv.m-lik xalça və palaz yanıb.

Hadisə yerinə 3 yanğınsöndürən briqada cəlb olunub. Yanğın qısa vaxt ərzində söndürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyindən isə trend-ə bildiriblər ki, məscidin gözətçisi ifadəsində iki naməlum şəxsin məscidə daxil olaraq yanğın törətməyə cəhd göstərdiyini deyib.

Hələlik yanğının necə və hansı şəraitdə baş verdiyi araşdırılır.

Qeyd edək ki, Qaraçuxur qəsəbəsindəki məscidin axundu KİV-ə açıqlamasında deyib ki, iki naməlum şəxs məscidin şüşələrini sındıraraq qəsdən yanğın törədib. Hətta məscidi yandıranlar gözətçiyə güc də tətbiq ediblər. Hadisə şahidlərinin bildirdiyinə görə, bunu edənlər 2 nəfər olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler