» » Rövşən Lənkəranskinin səsi Ukraynadan gəldi -

Rövşən Lənkəranskinin səsi Ukraynadan gəldi - Özəl

Bölmə: Xəbər
Rövşən Lənkəranskinin səsi Ukraynadan gəldi -Məşhur azərbaycanlı avtoritet Rövşən Canıyev (Lənkəranski) Ukraynaya gedib.

Xalqinfo.az axar.az-a istinadən bildirir ki, Rövşən Lənkəranski Dubaydan Ukraynaya yola düşüb və işlərini yekunlaşdırıb yenidən geri qayıdacaq. Onun əsas işləri Ukrayna və Dubayda olur. Bir müddət əvvəl R.Canıyevin Aşura günü Lənkərana getməsi xəbəri yayılsa da, deyilənlər təsdiqini tapmadı. Onun Dubayda olduğu söyləndi. Hazırda isə Ukraynada olan məşhur avtoritetin Dubaya nə zaman qayıdacağı dəqiq bəlli deyil.

Xatırladaq ki, Rövşən Canıyev “oğru dünyası”nda böyük nüfuz sahibidir. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler