» » Bakı-Sumqayıt yolunda ağır qəza -

Bakı-Sumqayıt yolunda ağır qəza - Foto

Bölmə: Xəbər
Bakı-Sumqayıt yolunda ağır qəza -
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Xalqinfo.az “Report”a istinadən xəbər verir ki yol qəzası Ekologiya postuna yaxın ərazidə baş verib.

Bakı-Sumqayıt şosesində paytaxt istiqamətində hərəkətdə olarkən Cəfərov Marat Çoban oğlu idarə etdiyi 99-EZ-521 dövlət nişanlı “Mercedes” markalı avtomobillə arakəsmə dəmirə çırpılıb.

Dəmir avtomobilin ön tərəfindən salona girərək arxa şüşədən çıxıb. Nəticədə sərnişin, 1955-ci il təvəllüdlü Cəfərova Solmaz Yunis qızının ayaqları kəsilib. O, çoxlu qan itirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən sürücü isə yüngül bədən xəsarətləri aldığından evə buraxılıb.

Qeyd edək ki, ölən sərnişin M.Cəfərovun həyat yoldaşı olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Avtomobil yararsız hala düşdüyündən cərimə meydançasına yerləşdirilib.

Bakı-Sumqayıt yolunda ağır qəza -
Bakı-Sumqayıt yolunda ağır qəza -
Bakı-Sumqayıt yolunda ağır qəza -
Bakı-Sumqayıt yolunda ağır qəza -
Bakı-Sumqayıt yolunda ağır qəza -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler