» » Göytəpədə bədbəxt hadisə: DSX-nin əsgəri həlak oldu

Göytəpədə bədbəxt hadisə: DSX-nin əsgəri həlak oldu

Bölmə: Xəbər
Göytəpədə bədbəxt hadisə: DSX-nin əsgəri həlak olduDövlət Sərhəd Xidmətinin əsgəri Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində həlak olub.

Xalqinfo.az-ın Report-a istinadən məlumatına görə, Göytəpə Sərhəd Dəstəsinin əsgəri, 1999-cu il təvəllüdlü Qusar rayon sakini Həmidov Ayaz Zabil oğlu bədbəxt hadisə nəticəsində vəfat edib.

İlkin məlumata görə, əsgər xidməti vəzifəsini yerinə yetirən zaman atdan yıxılıb. Nəticədə o, ölüb.

Əsgərin meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsində müayinə edilib.

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler