» » Nazirlikdən qalmaqallı bağçayla bağlı açıqlama

Nazirlikdən qalmaqallı bağçayla bağlı açıqlama

Bölmə: Xəbər
Nazirlikdən qalmaqallı bağçayla bağlı açıqlama
2015-ci ilin noyabrın 2-dən İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyatı dövlət qurumları ilə razılaşdırılmaqla "ASAN xidmət” mərkəzlərində lisenziyalar verilir.

Xalqinfo.az İqtisadiyyat Nazirliyindən apa-ya bildirilib ki, bu müddət ərzində "Kids studio” uşaq bağçasına bu fəaliyyətüçün lisenziya qeydə alınmayıb.

Bu gün mətbuatda Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb. Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.

Qeyd edək ki,Təhsil Nazirliyitərəfindən sonuncu dəfə 2015-ci ilin yanvar ayının 1-dən oktyabr ayının 20-dək 16 məktəbəqədər təhsil müəssisələrinə lisenziya verilib. Bu müddətədək Nazirliyin lisenziya verdiyiuşaq bağçalarının siyahısında"Kids studio”nun adı yoxdur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler