» » Göyçay çayında “KaMAZ” batıb

Göyçay çayında “KaMAZ” batıb

Bölmə: Xəbər
Göyçay çayında “KaMAZ” batıb
Göyçay rayonunda yük maşını çaydan keçərkən suda batıb.

Xalqinfo.az APA-ya istinadla xxəbər verir ki, rayonun Hacalıkənd kənd sakini, 1982-ci il təvəllüdlü Əziz Mətləb oğlu Əhmədovun idarə etdiyi 23 BC-201 dövlət nömrə nişanlı, “KaMAZ” markalı yük avtomobili Potu kəndi ərazisində Göyçay çayı ilə Yuxarı Şirvan kanalının kəsişdiyi ərazidə suda batıb.

Göyçay çayı üzərindəki körpünü sel apardığı üçün sürücü çayın bir tərəfindən o biri tərəfinə yük maşını ilə keçmək istəyib və suyun sürətlə axdığı yerdə idarəetməni itirib.

Su yük maşınını 100 metr apararaq çayın dərin yerinə salıb. Yük maşını tamamilə batıb, sürücü və sərnişini, Bığır kənd sakini Hilal adlı şəxs yük maşının üstünə çıxıblar.

Əraziyə FHN və polis əməkdaşları cəlb olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler