» » Kür çayında 11 yaşlı oğlanın cəsədi tapıldı -

Kür çayında 11 yaşlı oğlanın cəsədi tapıldı - Yenilənib

Bölmə: Xəbər
Kür çayında 11 yaşlı oğlanın cəsədi tapıldı - Kür çayında naməlum cəsəd aşkarlanıb.

FHN-dən verilən məlumata əsasən, Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində naməlum meyit aşkar olunub.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri cəsədin götürülməsi üçün əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

İyunun 6-da Kür çayının Hacıqabul rayonu, Meyniman kəndi ərazisindən keçən hissəsində batan 2007-ci il təvəllüdlü Zərbalıyev Davud Pirverdi oğlunun cəsədi aşkarlanıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, cəsəd çayın Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində aşkar olunub. Cəsəd FHN-in müvafiq qurumlarının əməkdaşları tərəfindən sudan çıxararaq aidiyyatı üzrə təhvil verilib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler